YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadda Birinci Qarabağ müharibəsi şəhidinin məzarı ziyarət olunub

Sabirabadda Birinci Qarabağ müharibəsi şəhidi Həmidov Heydər Rza oğlunun xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının rəhbərliyi Sabirabadın ilk şəhidi Heydər Həmidovun şəhadətinin 30-cu ildönümündə məzarını ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Qeyd olunub ki, Birinci Qarabağ müharibəsində canını Vətən uğrunda fəda edən şəhidlərimizin özlərindən sonra miras qoyduğu vətənpərvərlik məktəbinin davamçıları şərəfli işin öhdəsindən layiqincə gəldilər və ata-babalarının yarım qalan işlərini tamamladılar.