YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası üzvlərinin qeydiyyatının dəqiqləşdirilməsi üçün indiyədək xeyli işlər görülüb

“Təşkilatlanma prosesi  partiyamızda müxtəlif istiqamətlər üzrə aparılır. Burada ilk növbədə partiyanın  Sədri tərəfindən müəyyən edilmiş yeni yanaşmalar əsasında çıxış edərək YAP-ın  fəaliyyətinin institusional əsaslarının, normativ hüquqi bazasının formalaşdırılması  istiqamətində işlər görülüb”. Bu fikirləri YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

Tahir Budaqov bildirib ki, Yeni Azərbaycan Partiyasında uçot sisteminin,  partiya üzvlərinin qeydiyyatının dəqiqləşdirilməsi üçün xeyli işlər görülüb.  Bu işlər bu gün də davam edir. Onun sözlərinə görə,  partiyada  bütün üzvlərin fərdi uçot sisteminin ən müasir tələblər səviyyəsində,  informasiya-kommunikasiya texnologiyalarının bugünkü inkişaf mərhələsinə  uyğun qurulmasına nail  olunacaq.

YAP-ın yeni  Proqramının da   qəbul edildiyini xatırladan Mərkəzi Aparatın rəhbəri diqqətə çatdırıb ki, proqram məhz böyük Zəfərdən sonra  ölkəmizin, xalqımızın qarşısında dayanan  ən ümdə vəzifələrin  bundan sonra həyata keçirilməsi istiqamətində  partiyanın fəaliyyətini tənzimləyən bir sənəddir.

“Bütün bu işlərlə yanaşı təşkilatlanma  işləri də həyata keçirilib. Ötən ilin   sentyabr ayında partiyanın Bakı şəhəri üzrə, bu il yanvarın 28-də isə digər rayon və şəhər təşkilatlarımıza sədrlər təyin olunub. Bu barədə İdarə Heyəti tərəfindən müvafiq qərarlar qəbul edilib.  Artıq fevral ayının 1-dən YAP-ın yerli təşkilatlarının sədrləri rəsmi qaydada fəaliyyətə başlayıblar.  Bundan sonra onlar  fəaliyyət göstərdikləri şəhər və rayonlarda mövcud vəziyyəti dərindən təhlil etməlidirlər. Bu, qarşıya qoyulan vəzifələrdən biridir. Qısa zamanda hər bir şəhər və rayonda  təşkilatlanma işinin daha çevik və müasir tələblərə, partiyanın Sədrinin qarşıya qoyduğu vəzifələrə uyğun  qurulması üçün onlar öz təkliflərini  təqdim edəcəklər”,-deyə YAP Sədrinin müavini vurğulayıb.