YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Budaqov: Azərbaycan gəncləri böyük Zəfərimizin qazanılmasında əsas söz sahibi oldular

“2022-ci il partiyamızın həyatında çox əlamətdar bir ildir. Bu il Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illik yubileyini qeyd edəcəyik. Yubiley ili ilə bağlı  YAP Mərkəzi Aparatı tərəfindən  xüsusi Tədbirlər Planı hazırlanıb. İl ərzində silsilə tədbirlər davam edəcək”. Bu fikirləri YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, biz belə tədbirləri dövətimizin, xalqımızın  həyatındakı əlamətdar hadisələrlə əlaqələndiririk. 25 ildir ki, ölkəmizdə 2 fevral-Azərbaycan Gəncləri Gününün qeyd olunduğunu deyən YAP Sədrinin müavini gənclərin hər bir ölkənin inkişafında xüsusi rola malik olduğunu söyləyib: “Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, “Azərbaycan gənclər ölkəsi, gənclər isə Azərbaycanın gələcəyidir”.  Gənclər siyasəti ilk növbədə milli maraqlara,  milli adət-ənənələrə söykənərək, eyni zamanda, müasirliyi, dünyada gedən qloballaşma proseslərinin müsbət tərəflərini özündə əks etdirərək inkişafa xidmət etməlidir. Azərbaycanda gənclər siyasətinin əsası Ulu Öndərimiz tərəfindən qoyulub.  Bilirsiniz ki, hələ 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən  Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradılıb.  Bununla da, dövlət  gənclər siyasətini həyata keçirən qurum olaraq  bu sahəyə xüsusi diqqətin göstərilməsi  istiqamətində mühüm addımlar atıldı.  Ardınca 1997-ci ildə  2 fevral-Azərbaycan Gəncləri Günü təsis edildi. O zamandan bu günə qədər bu əlamətdar bayramla əlaqədar tədbirlər davam edir. Eyni zamanda, ulu öndər Heydər Əliyevin  imzaladığı “Dövlət gənclər siyasəti haqqında”  Fərmanda  gənclər siyasətinin bütün konseptual  əsasları, istiqamətləri əksini tapdı”.

 Tahir Budaqov qeyd edib ki, Ulu Öndərin Azərbaycan dövləti, xalqı qarşısında ən böyük xidmətlərindən biri  ölkədə siyasi varisliyin təmin edilməsidir:  “Cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra  Azərbaycanın tarixində yeni bir mərhələ başlandı. Gənclər Prezident  İlham Əliyevin hər zaman diqqət mərkəzində olub.  Ölkəmizdə gəncliyin inkişafı ilə əlaqədar cənab Prezident tərəfindən mühüm qərarlar qəbul olunub. Prezident İlham Əliyev tərəfindən Gənclər Fondunun yaradılması, gənclər üçün Prezident mükafatının  təsis edilməsi,  həmçinin gəncliyin inkişafına xidmət edən   10-a yaxın Dövət Proqramının qəbul olunması bu baxımdan böyük əhəmiyyətə malikdir. Bütün bu işlərin  əsas istiqamətlərindən biri də təbii ki, gənclərimizin vətənpərvərlik ruhunda, dövlətə, xalqa  sədaqət ruhunda böyüməsidir ki, bu siyasət özünü 2020-ci ildə böyük Zəfərimizlə təsdiqlədi.  Məhz Prezident İlham Əliyevin siyasi rəhbərliyi dövründə  yetişən gənclərimiz  qələbəmizin qazanılmasında əsas söz sahibi oldular və torpaqlarımızı işğaldan azad edərək həm tarixi ədaləti, həm də  Azərbaycan dövlətinin  ərazi bütövlüyünü təmin etdilər. Bununla da Azərbaycan xalqının qürurlu xalq olduğunu təsdiqlədilər. Tarixi Zəfərimizdən sonra 2 fevral - Gənclər Gününün tamamilə   yeni bir  ab-havada keçirilməsi ənənəsi yaranıb. Bu ənənə bundan sonra da davam edəcək”.