YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatının fəalları Heydər Əliyev Mərkəzində olub

2 fevral - Azərbaycan Gənclər Günü münasibəti ilə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının fəalları ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Fəallar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən stendlərə, fotosərgilərə baxıblar. Xalqımızın Ümummilli Liderinin həyatının və ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sərgi ilə tanış olan YAP Nəsimi rayon təşkilatının fəalları ulu öndər Heydər Əliyevin bütün ömrü boyu öz xalqı, dövləti və Vətəni naminə çalışdığına bir daha əmin olublar.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Azərbaycan xalqının Ümummilli Liderinin əziz xatirəsi daim gənc nəslin qəlbində yaşayacaq. A.Süleymanovun sözlərinə görə, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünya görüşlü yeni nəsil yetişib.

YAP Nəsimi rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədi yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi xəzinədir. Bu səbəbdən Ümummilli Liderimizin zəngin irsi dərindən öyrənilməli və daim yeni nəslə aşılanmalıdır.