Xəbərlər
Bu gün Özbəkistanda prezident seçkiləri keçirilir
![](http://yap.az/thumb.php?src=http://yap.az/upload/images/46f955c36b0ded5cff38c5a623be3882.jpg&w=360)
Bu gün səhər Özbəkistanda keçirilən prezident seçkilərində ölkədəki bütün siyasi partiyaları təmsil edən dörd namizəd iştirak edir.
Bu haqda Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalamov məlumat verib.
Onun sözlərinə görə, bunlar Sahibkarlar və İşgüzar Adamlar Hərəkatı - Liberal-Demokratik Partiyasından hazırkı dövlət başçısı İslam Kərimov, “Milli Dirçəliş” Demokratik Partiyasından Akmal Saidov, Özbəkistan Xalq-Demokratik Partiyasından Xotamjon Ketmanov və “Ədalət” Sosial- Demokrat Partiyasından Narimon Umarovdur.
Seçkiləri dünyanın 43 ölkəsi və beş beynəlxalq təşkilatdan gəlmiş 300-dən artıq müşahidəçi izləyəcək. Prezident 5 illik müddətə seçiləcək.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də beynəlxalq müşahidəçilərin tərkibində seçkiləri izləyir.