YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaqatala rayonunda “İlham Əliyev– davamlı inkişaf modelinin müəllifi” mövzusunda tədbir keçirilib

 Zaqatala rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının  və Zaqatala rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İlham Əliyev– davamlı inkişaf modelinin müəllifi” mövzusunda tədbir keçirilib. İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə  gül dəstələri qoyulub.

  Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, millət vəkili Kamilə Əliyeva, YAP Zaqatala rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Habil Qurbanov və digər qonaqlar iştirak edib.

 Ümummilli lider Heydər Əliyevin, 1-ci Qarabağ müharibəsi, Aprel döyüşləri, Vətən Müharibəsinin  şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Daha sonra  “İlham Əliyev– davamlı inkişaf modelinin müəllifi” adlı videoçarxa baxılıb.

 YAP Zaqatala rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Habil Qurbanov çıxış edərək Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddətin Azərbaycan tarixinə sürətli inkişaf dövrü kimi daxil olduğunu bildirib. Qeyd edib ki, gənc, müstəqil dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 il müddətində davam edən işğala cəmi 44 gün müddətində son qoymağı bacardı, Ermənistanı diz çökdürdü, təslimçiliyə məhkum etdi. Və Ali Baş Komandan İlham Əliyev ən yeni tariximizə Zəfər sərkərdəsi kimi öz möhrünü vurdu.

 Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək bildirdi ki, bu gün ölkəmizin uğurlu inkişafı Prezident İlham Əliyev tərəfindən əminliklə davam etdirilir. Prezident İlham Əliyev müasir dünyanın rasional hesablama aparmağı bacaran, nadir praqmatik siyasətçilərindəndir. Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir.

  Millət vəkili Kamilə Əliyeva Azərbaycanın şaxələnmiş inkişafı və 44 günlük Vətən Müharibəsindən söz açıb. Azərbaycan bugünkü inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilir, öncül siyahılarda yer alır. Bu nəticənin əldə olunmasında ölkəyə rəhbərlik edən dahi siyasətçinin, Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı olan Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır. Prezident İlham Əliyevin özünün də dediyi kimi, o, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. 30 ilə yaxındır ki Qarabağ problemini dahi siyasətçi İlham Əliyev müdrik və uzaqgörən siyasəti ilə uğurla apardığı Vətən müharibəsilə 44 günə həll etdi.

Tədbirdə çıxış edən digər natiqlər vurğulayıblar ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf xətti Azərbaycan Respublikasının güclü dövlətə çevrilməsinə, Azərbaycan xalqının rifahına, firavan yaşayışına və inkişafına görə dünya xalqları içərisində ön sıralarda dayanmasına hesablanıb.