YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akkan Suver: Prezident İlham Əliyev adını türk dünyası tarixinə Qarabağ həsrətinə son qoyan şəxsiyyət kimi yazdırıb

Ulu öndər Heydər Əliyevin əmanətini göz bəbəyi kimi qoruyan, onun yolunu çox böyük şərəf və mətanətlə davam etdirən Prezident İlham Əliyev kimi dövlət başçısına sahib olduğu üçün Azərbaycan xalqı çox xoşbəxtdir. Təkcə Qafqazda deyil, türk dünyasında və bütün dünyada böyük dövlət xadimi kimi tanınmaqla yanaşı çağdaş hərbi-strateji hədəfləri uğurla yerinə yetirən sərkərdə kimi də fərqlənən İlham Əliyev adını türk dünyasının tarixinə otuz illik Qarabağ həsrətinə son qoyan bir şəxsiyyət kimi qızıl hərflərlə yazdırıb.

Bu fikirləri “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suver ifadə edib.

Prezident İlham Əliyevin tutduğu siyasi xəttin sülh, harmoniya və birgəyaşayışdan ibarət olduğunu vurğulayan professor deyib: “Prezident İlham Əliyev Qarabağ məsələsinin masa arxasında həlli üçün illər boyu çox səy göstərdi. Dövlətlərarası münasibətlər, qonşu ölkələrlə sülh içində yaşamağa çox böyük önəm verən Azərbaycan Prezidenti bu gün də qonşuları ilə harmoniya içində yaşamağın yol xəritələrini həyata keçirir”.

“Bütün dünya ölkələri ilə nümunəvi şəkildə, əmin-amanlıq şəraitində işlərini davam etdirən Prezident İlham Əliyevin insanlığa olan hörməti və insan sevgisinin təzahürüdür ki, Qarabağ işğalının sülh yolu ilə həll olunması istiqamətində əlindən gələni etdi. İllərlə bu istiqamətdə gördüyü işlərə baxmayaraq qarşı tərəfin israrları və təcavüzləri İkinci Qarabağ müharibəsinin başlamasına səbəb oldu. Döyüş meydanlarında da Ali Baş Komandan kimi özünü sözün əsl mənasında sübut edən Prezident İlham Əliyevin ən böyük sərvəti və dəstəyi isə bir yumruq kimi birləşərək onun arxasında duran Azərbaycan xalqı oldu. Altım yaşında bu cür uğurlara imza atmaq çox az insana qismət olub. Bütün bu hisslərimi dilə gətirərək Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, tutduğu yolun bundan sonra da böyük uğurlarla yadda qalmasını diləyirəm”, - deyə professor bildirib.

 

DİGƏR Xəbərlər Arxiv