YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: İdmanın siyasiləşdirilməsi, idmana bu və ya digər formada siyasi don geyindirilməsi yanlışdır

«Özlərini qeyri-hökumət  adlandıran bir sıra qurumlar və təsisatlar vardır ki, biz onların fəaliyyətini birbaşa şərh etmirik. Çünki onların hansı məqsədlərə xidmət etdiyi və hansı formada fəaliyyət göstərdiyi bəllidir».   Bu fikirləri Xarici İşlər Nazirliyinin  mətbuat katibi Hikmət Hacıyev “Human Rights Watch” və digər beynəlxalq təşkilatların bu il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları ərəfəsində tutduqları qərəzli mövqelərinə münasibət bildirərkən deyib.

H.Hacıyev bildirib ki, idmanın siyasiləşdirilməsi, idmana bu və ya digər formada siyasi don geyindirilməsi özü-özlüyündə yanlışdır. Onun sözlərinə görə, bu, qəbuledilməz bir addımdır.

«Bu kimi təşkilatlara ilk növbədə onu tövsiyyə edərdik ki, onlar BMT çərçivəsində idmanın və olimpiya hərəkatının təşviq edilməsi ilə əlaqədar olan və dünya birliyi tərəfindən dəstəklənən qətnamələrlə tanış olsunlar. İlk növbədə, idman özü  və beynəlxalq idman tədbirləri insan hüquqlarının təşviqinə xidmət edir. Təbii ki, bu il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları da insan hüquqlarının təşviqinə xidmət edəcək. Bu, müxtəlif dinə, etnik mənsubiyyətə, dövlətlərə təsir edən insanların dinc bir şəraitdə yəni idman məkanında özlərini sınamasına və onların arasında əməkdaşlığın formalaşmasına xidmət edən möhtəbər tədbirdir. Onu da nəzərə alaq ki, birinci Avropa Oyunları Avropa miqyasında keçirilən ilk ümumavropa xarakterli bir oyundur. Təbii ki, bu, yüksək qiymətləndirilməlidir»- deyə, H.Hacıyev qeyd edib.