YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Ötən il partiyamıza qoşulan insanların 78 faizini gənclər təşkil edir

«Son illərdə YAP-ın sıralarına daxil olanlar arasında gənclər üstünlük təşkil edir. Gənclərin intellektual səviyyələri ço yüksəkdir. Onların hazırlayıb təqdim etdikləri müxtəlif layihələrdən də bunu görmək mümkündür. Biz gənclərimizin  aktivliyini seçki proseslərində də müşahidə edirik. Təbii ki, bütün bunlar  bizi sevindirir». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, bu günün gəncləri partiyamızın gələcəyinin təminatçıları kimi qarşıda çox işlər görəcəklər. Onun sözlərinə görə, YAP-ın 650 mindən çox üzvü var. Onların 40 faizdən çoxunu gənclər təşkil edir.

«Sevindirici haldır ki, partiya üzvülüyünə yeni qəbullarda gənclər böyük üstünlük təşkil  edir. 2014-cü ildə partiyamızın sıralarına 29 min insan qouşulub ki, onların da 78 faizi gənclərdən ibarətdir. Bütün bunlar bizə gələcəyə nikbinliklə baxmağa tam əsas verir»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.