YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlilliyin müəyyən olunması sosial reabilitasiya potensialının nəzərə alınması prinsiplərinə əsaslanacaq

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən (ƏƏSMN) tibbi-sosial ekspertiza xidmətinin təkmilləşdirilməsi sahəsində aparılan islahatların bir istiqaməti də əlilliyin qiymətləndirilməsinin yalnız tibbi yanaşma üzrə deyil, fəaliyyət və sosial reabilitasiya potensialının nəzərə alınması prinsipi əsasında aparılmasıdır. Bu barədəəmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov nazirliyin Gəncə şəhərində keçirdiyi zona müşavirəsində bildirib.

Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Nazir müavini 1997-ci ildə qəbul edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) haqqında Əsasnamə”nin yenidən işlənməsi və təkmilləşdirilməsində qabaqcıl dünya təcrübəsindən irəli gələn bu prinsipin də diqqətdə saxlandığını qeyd edib.Gəncə, Mingəçevir, Naftalan şəhərlərinin, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Goranboy, Samux, Daşkəsən, Göygöl, Yevlax, Bərdə, Tərtər, Ağdam və Ağcabədi rayonlarının TSEK-ləri vəsəhiyyə müəssisələrinin, habelə həkim-məsləhət komissiyalarının rəhbər şəxsləri və əməkdaşlarının iştirakı ilə keçən müşavirə əlillik müayinəsi üçün göndəriş formalarının təkmilləşdirilməsi məsələlərinə həsr olunub.N.Məmmədov ƏƏSMN tərəfindən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sisteminin tətbiqinin əlillik müayinəsi üçün müvafiq məlumatların elektron mübadiləsinə, bu sahədə məmur-vətəndaş ünsiyyətinin minimallaşdırılmasına və şəfafflığın təminatına şərait yaratdığını bildirib. O bu sistemin tətbiq olunduğu şəraitdə göndəriş formalarında əsas və yanaşı diaqnozların, xəstəliyin ağırlaşması hallarının düzgün və obyektiv müəyyən olunmasının, əlillik müayinələrinin nəticələrinin xəstəliklərin beynəlxalq təsnifatına uyğun rəsmiləşdirilməsinin qarşıda duran vəzifələrdən olduğunuvurğulayıb.

Ölkədə tibbi-sosial ekspertiza xidmətinin müasirləşdirilməsi yönündə aparılan işlərdən bəhs edən ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev əlilliyin müəyyən olunması üçün müvafiq göndəriş formalarında xəstəliklərin qeydiyyatı prosedurlarının təkmilləşdirilməsi üçün vacib prinsipləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

ƏƏSMN-nin Mərkəzləşdirilmiş İnformasiya Sistemində tibbi-sosial ekspertiza və reabilitasiya alt-sisteminin xüsusiyyətlərindən söz açan nazirliyin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov sistemin imkanları, göndəriş formalarının sistemə yerləşdirilməsi, TSEK-lər tərəfindən sistemdəki məlumatlar əsasında əlillik müayinəsinin aparılması, müayinənin nəticələrinin elektron qeydiyyatı və s. barədə ətraflı məlumat verib.

Tədbirdə TSEK və səhiyyə müəssisələrinin, həkim-məsləhət komissiyalarının nümayəndələri müşavirənin mövzusu ilə bağlı fikir və təkliflərini ifadə ediblər.