YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatı ərazi partiya təşkilatında yığıncaq keçirilib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “Xəlil Rza Ulutürk 20” ünvanlı ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

Yığıncağını giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev bu il mart ayının 5-də keçirilən partiyanın VII Qurultayının əhəmiyyətindən, qurultayda qəbul olunmuş qərarların vacibliyindən bəhs edib. O, partiyadaxili islahatların partiyanı gələcək inkişafına əsaslı zəmin yaratdığını bildirib. S.Vəliyev həmçinin, rayon təşkilatı tərəfindən görülən işlər və qarşıda duran vəzifələr haqqında danışıb, ərazi partiya təşkilatına müvafiq tapşırıq və tövsiyələrini verib.

Yığıncaqda ərazi partiya təşkilatının sədri hesabat məruzəsi ilə çıxlş edib.

Hesabat məruzəsi ətrafında çıxış edən ərazi partiya təşkilatının üzvləri təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Yığıncağın sonunda təşkilatı məsələlərə baxılıb, Mustafa Rəşidov ərazi partiya təşkilatının sədri, Həsən Nəsirov isə sədr müavini seçilib.