YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi qazisi ilə görüş keçirilib

YAP Qusar rayon təşkilatında Vətən müharibəsi qazisi Hüseynəliyev Faiq Bəhruz oğlunun doğum günü münasibətilə görüş keçirilib.

Görüşdə Vətən müharibəsi iştirakçılarının torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdikləri igidlikdən söz açılıb.

Sonda Vətən müharibəsinin qazisinə YAP Qusar rayon təşkilatı tərəfindən fəxri fərman və hədiyyə təqdim olunub.

Qeyd edək ki, Faiq Hüseynəliyev Füzuli, Cəbrayıl, Hadrud, Suqovuşan, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Qubadlının azad olunması zamanı ağır yaralanaraq bir ayağını itirib. Azərbaycan Silahlı Qüvvələrin kiçik çavuşu müharibədə göstərdiyi şücaətlərinə görə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv