YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Rəşid Behbudov küçəsi, 60 ünvanında yerləşən ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ərazi partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib, hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş hesab olunub.

Gündəlikdə duran ikinci məsələ ilə bağlı iclas iştirakçıları tərəfindən ərazi partiya təşkilatının sədr və sədr müavini seçilib. Qorxmaz Mustafayev R.Behbudov küçəsi, 60 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Nüşabə Tanrıverdiyeva isə sədr müavini seçiliblər.

İclasın sonunda YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov yeni seçilən sədr və sədr müavinini təbrik edərək işlərində uğurlar arzulayıb, partiya üzvlərini rayon təşkilatının fəaliyyətində daha yaxından iştirak etməyə çağırıb.