YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT-nin sabiq baş katibi III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcək

BMT-nin sabiq baş katibi Butros Butros Qali cari ilin aprel ayında Bakıya gələcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, səfərin məqsədi III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir.
2014-cü ilin sentyabrında Butros Butros Qali Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təsis edilmiş Nizami Gəncəvi mükafatı ilə təltif olunub. Mükafatın təqdimatı zamanı BMT-nin sabiq baş katibi Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumunun əhəmiyyətini vurğulayıb. Bildirib ki, “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusunda müzakirələrin aparılması bu gün dünyada baş verən gərgin siyasi proseslər və terror dalğası fonunda olduqca vacib məsələlərdən biridir.