YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Caspian Cup” turniri keçiriləcək

Gənclər və İdman Nazirliyi “Gənclərin İntellektual İnkişaf Mərkəzi” ilə birgə Bakıda “Caspian cup” (Xəzər kuboku) turniri keçirəcək.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, turnirdə 9 ölkədən 52 komanda iştirak edəcək. Azərbaycanlı intellektuallarla yanaşı yarışda, Rusiya, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Ukrayna, Belarus, Almaniya və Gürcüstandan olan oyunçular da mübarizə aparacaq.
Turnirin proqramına “Nə? Harada? Nə zaman?” və “Breyn-rinq” oyunlarından başqa “Xəmsə” milli intellektual oyunu da daxildir. “Caspian Cup 2013” turniri “Nə? Harada? Nə zaman?” Beynəlxalq Klublar Assosiasiyası tərəfindən ilin turniri seçilib.
Turnirin açılış mərasimi martın 14-də -da “Kempinski-Badamdar” mehmanxanasında keçiriləcək.