YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan müdafiə naziri Sloveniya Prezidenti ilə görüşüb

Sloveniyada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 13-də Prezident Borut Pahor ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf etdiyi vurğulanıb. Səfərin uğurla keçdiyi, hərbi və müdafiə sahəsində əməkdaşlığa mühüm töhfə verəcəyi, o cümlədən əlaqələrin daha da genişlənəcəyinə əminlik bildirilib.
Söhbət zamanı Silahlı Qüvvələrin bölmələrinin beynəlxalq əməliyyatlarda və missiyalarda iştirakına önəm verilərək hərbi qulluqçuların dil kurslarında və digər treninqlərdə hazırlığının əhəmiyyəti qeyd edilib.
Görüşdə təhlükəsizlik və digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.