YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə Vətən müharibəsi şəhidi Elşad Allahverdiyevin xatirəsi yad edilib

Göygöldə Vətən müharibəsi şəhidi leytenant Elşad Zaməddin oğlu Allahverdiyevin anım tədbiri keçirilib.

 Anım mərasimində iştirak edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərinin müvəqqəti icraçısı, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Turani Əliyev, rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər Göygöl şəhərinin Şəhidlər xiyabanında Elşad Allahverdiyevin məzarını ziyarət edib, əziz xatirəsini anıblar.

Qeyd edək ki, şəhid leytenant  Elşad Zaməddin oğlu Allahverdiyev 5 aprel 1997-ci ildə Göygöl şəhərində anadan olub. 2011-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə, 2014-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub. Ali hərbi təhsilini 2014-2018-ci illərdə Rusiya Federasiyasında davam etdirib. 2019-cu ildən “N” saylı hərbi hissədə leytenant kimi xidmətə başlayıb. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan zaman döyüş əməliyyatlarında iştirak edən Elşad Allahverdiyev Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölkə Prezidentinin Sərəncamı ilə leytenant Elşad Zaməddin oğlu Allahverdiyev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.