YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatında gənclərlə görüş keçirilib

YAP Yasamal rayon təşkilatında YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və Gənclər Birliyinin üzvləri İlqar Quliyev, Ülkər Həsənova ilə gənclərin görüşü keçirilib.

İlk öncə Ümumilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev gənclərə qonaqları təqdim edərək iştirakçıları salamlayıb.

Bəxtiyar Nəbiyev gəncliyin dövlət siyasətinin mahiyyəti olduğunu qeyd edərək gənclərin inkişafı istiqamətində görülən işlərin daha rasional və dinamik xarakter daşıdığını qeyd edib. Bəxtiyar Nəbiyev bildirib ki, cəmiyyəti inkişafa aparan yeni ideyalar və onları reallığa çevirmək üçün tükənməz güc, enerji, adətən gənclərdən gəlir.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov rəyasət heyətini və gəncləri salamlayaraq, çıxışına VII qurultaydan sonra YAP Gənclər Birliyi olaraq görülən işlərdən əhatəli şəkildə danışıb. Bəxtiyar İslamov müasir dövrdə cəmiyyətin gələcək inkişafı baxımından gəncliyin rolunun daha da artdığını söyləyib.

O qeyd edib ki, biz indi biliklərin, innovasiyaların, yeni texnologiyaların getdikcə daha çox hakim olduğu dünyada yaşayırıq. Bu yenilikləri asanlıqla mənimsəyib cəmiyyət həyatına gətirənlərsə, texnologiyalar dövründə doğulub böyüyən, bu mühitə aid olan gənclərdir.

Bəxtiyar İslamov çıxışının sonunda gənclərə öz fəaliyyətlərində uğurlar arzulayıb.

YAP Gənclər Birliyinin üzvləri İlqar Quliyev və Ülkər Həsənova çıxışlarında müstəqil Azərbaycan Respublikasını tarixin ən böyük nailiyyətlərinə yetirmiş Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətində də gəncliyə qayğı məsələləri mühüm yer tutduğunu qeyd ediblər.

Bildirilib ki, bu, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət gənclər siyasətinin müasir dünyamızın reallıqları şəraitində daha böyük əzmkarlıqla davamıdır.

Görüşdə Bakı Dövlət Universiteti Geologiya fakültəsinin tələbəsi güləş üzrə 55 kiloqram çəki dərəcəsində Avropa çempionu olmuş İlkin Qənbərli YAP Yasamal rayon təşkilatı sədri Bəxtiyar Nəbiyev tərəfindən mükafatlandırılıb.

Görüşün bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr I kurs tələbəsi Yusif Cəfərbəyli “Xudayar təsnifi”ni ifa edib.

Müzakirə formatında davam edən görüşdə gənclərin təklifləri dinlənilib. Yasamal rayonu gəncləri onları düşündürən məsələlərlə bağlı suallar ünvanlayıb, bəzi təkliflərlə çıxış ediblər.

Görüşün sonunda xatirə şəkli çəkilib.