YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadda şəhid mayor Anar Məmmədovun anım mərasimi keçirilib

Vətən müharibəsi zamanı qəhramancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmış, Sabirabad rayon sakini mayor Məmmədov Anar Elşad oğlunun anım günü onun adına inşa olunan abidə bulaq-kompleksinin önündə keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının fəalları, Sabirabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimayəti, şəhidin əsgər yoldaşları, məktəblilər, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şəhidin döyüş yolundan söhbət açılıb, keçirdiyi qısa və şərəfli ömür yolundan danışılıb.

Tədbirdə çıxış edən şəhidimizin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək buna görə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.