YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatı hesabat seçki yığıncaqlarını davam etdirir

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat seçki yığıncaqları keçirib.

 İclaslarda hesabat məruzələri dinlənilib, çıxışlar əsasında hesabat dövrü ərzində görülən işlər dəyərləndirilib. Ərazi partiya təşkilatının sədrləri hesabat məruzələri ilə çıxış edərək təşkilatın VI qurultayından sonrakı dövr ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Hesabat seçki yığıncaqlarında təşkilati məsələlərə də baxılıb.  İbrahimov Əli Buzovna qəsəbəsi Məmməd Namazov 157 ərazi partiya təşkilatının sədri, Şahhüseynli Fuad sədr müavini, Hüseynova Natəvan Şüvəlan qəsəbəsi A.İldırım 41 ərazi partiya təşkilatının sədri, Sadıqova Mehriban sədr müavini, Tağıyeva Metəbər Şüvəlan qəsəbəsi A.İldırım 32 ərazi partiya təşkilatının sədri, Bayramova Yasəmən sədr müavini, Nadirov Yasər Binə qəsəbəsi Ş.İ.Xətai 32 ərazi partiya təşkilatının sədri, Hüseynov Şahin sədr müavini, Abdullayev Akif  Binə qəsəbəsi Xaqani 15 ərazi partiya təşkilatının sədri, Pəncəliyeva Ülviyyə sədr müavini, Abbasova Rəhilə Mərdəkan qəsəbəsi R. Qasımov 7 ərazi partiya təşkilatının sədri, Xəlilova Rübabə sədr müavini, Əhmədova Sitarə Şüvəlan qəsəbəsi A.İldırım 1 ərazi partiya təşkilatının sədri, Əzizova Səhrayə sədr müavini, Qurbanov Rauf Buzovna qəsəbəsi G.Məmmədov 37 ərazi partiya təşkilatının sədri, Yusifova  Hüriyyə sədr müavini, Nəsirov Nəsimi Türkan qəsəbəsi Üzümçülük sovxozu ərazi partiya təşkilatının sədri, Alıyev Ədalət sədr müavini seçiliblər.

Yığıncaqlarda o cümlədən, YAP-ın VII Qurultayında rəhbərlik tərəfindən qarşıya qoyulan vəzifələr, öhdəliklər barədə partiya fəallarına məlumat verilib.