Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev AŞPA-nın siyasi işlər və demokratiya komitəsinin məruzəçisini qəbul edib
![](http://yap.az/thumb.php?src=http://yap.az/upload/images/d73dac9414d6a34cf7c1f850e5754090.jpg&w=360)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Avropa Şurası Parlament Assambleyasının siyasi işlər və demokratiya komitəsinin məruzəçisi Robert Uolteri qəbul edib.
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi və münaqişənin nizama salınması perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.