YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatı hesabat-seçki yığıncaqlarını davam etdirir

YAP Xəzər rayon təşkilatı Binə qəsəbəsi Hicran Hasilov 1, Binə qəsəbəsi Əli İsazadə 15, Mərdəkan qəsəbəsi Sergey Yesenin 99, Buzovna qəsəbəsi Heydər Eyvazov 29, Mərdəkan qəsəbəsi Şərq 29, Buzovna qəsəbəsi Heydər Eyvazov 28, Şağan qəsəbəsi Məşədi Əzizbəyov 226 ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında hesabat dövrü ərzində görülən işlər dəyərləndirilib. Ərazi partiya təşkilatının sədrləri hesabat məruzəsi ilə çıxış edərək təşkilatın hesabat dövrü ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Binə qəsəbəsi Əli İsazadə 15 ərazi partiya təşkilatında keçirilən hesabat-seçki yığıncağında çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, daim qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə ictimaiyyətin böyük rəğbətini qazanan, milyonların partiyasına çevrilən, ən əsası sözü ilə əməlinin birliyini atdığı hər addımında təsdiqləyən Yeni Azərbaycan Partiyası hədəflərə nail olmaq üçün səylərini artırır, uğurlarımıza töfhələr verməyə çalışır. Yeni Azərbaycan Partiyasının digər şəhər və rayon təşkilatları kimi, Xəzər rayon təşkilatı da üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün səylərini durmadan artırır.

Hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə də baxılıb, ərazi partiya təşkilatlarının sədr və müavinləri seçilib.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb, iclas iştirakçılarını partiya işində daha da yaxından iştirak etməyə çağırıb.