YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Biləsuvar rayon təşkilatının əməkdaşları şəhid ailələrini ziyarət edib

Oktyabrın 28-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Aqşin Bağırov, təşkilatın əməkdaşları və fəalları dövlətimizin ərazi bütövlüyü uğrunda canından keçən oğullarımızın – şəhid Qədirli İsmayıl Elçin oğlunun və şəhid Yoldaşov Alim Mirzə oğlunun ildönümləri ilə əlaqədar ailələrini ziyarət ediblər.

Daha sonra şəhidlərimizin məzarları ziyarət olunaraq üzərinə tər gül dəstələri düzülüb, əziz xatirələri ehtiramla yad edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!