YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağın dünyaya hava yolu Füzulidən başlandı

Azər Süleymanov,

YAP Nəsimi rayon təşkilatının sədri

44 gün davam edənVətən müharibəsindəki tarixi Qələbənin davamı kimi  işğaldan azad olunan torpaqlarda aparılan quruculuq- bərpa işləri , infrastrukurun yenilənməsi, dünya təcrübəsində  özünü doğruldan islahatların, layihələrin tətbiqi ölkəmizə marağı daha da artırıb.  30 il  Ermənistanın işğalı altında qalan, dağıdılan ərazilərin qısa müddətdə bərpası istiqamətində aparılan genişmiqyaslı işlərin dünya ictimaiyyəti tərəfindən heyrətlə qarşılanması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderlik fəaliyyətinin yüksək dəyərləndirilməsi iqtisadi, siyasi qüdrəti ilə fərqlənən Azərbaycanın Zəfər salnaməsinin müasir tarixini əks etdirən həqiqətlərdir.

Prezident, qüdrətli Milli Ordumuzun Müzəffər  Ali Baş Komandanı İlham Əliyevin  işğaldan azad olunmuş ərazilərə növbəti səfərlərinin hər biri «Böyük Qayıdış» uzaqda olmadığını göstərir. Davam etdirilən quruculuq işləri ilə maraqlanan, həyat qaynağı, yaşayış üçün ən vacib infrastruktur  olan su, yol, enerji  ilə təminat məsələlərinin həllinə daha çox diqqət göstərən Prezident İlham Əliyevin  son günlərdə artıq doğmalarını gözləyən  Cəbrayıla, Xocavəndə, Zəngilana, Füzuliyə, Qubadlıya səfərlərinin hər biri tarixi hadisədir. Bir il bundan əvvəl  Zəfərimizin və  varlığımızın rəmzi  olan üçrəngli bayrağımızın ucaldılması üçün bir tikilinin olmadığı bu rayonlarda artıq həyat qaynayır, doğmalarını həsrətlə gözləyən torraqlarımız canlanır. Biri- birin ardınca istifadəyə verilən müxtəlif həcmli elektrik stansiyalarının, su mənbələrinin, çəkilən yolların hər biri «Böyük Qayıdış»ın rəmzləridirlər.   

Ən qüdrətli dövlətlərin belə bacara, öhdəsindən gələ bilməyəcəyi ən çətin işlərin ölkəmizdə qısa müddətdə həllini tapması Azərbaycanın iqtisadi qüdrətinin, xalqımızın birlik və həmrəyliyinin, torpağa Vətənə balılığının ifadəsidir. Qısa müddətdə Füzilidə Beynəlxalq Hava Limanın inşa edilib istifadə verilməsi çoxlarına möcüzə kimi görünsə də  vədinə sadiq Prezident İlham Əliyevin liderlik fəlsəfəsinin təkzibolunmuz reallığıdır.

Bir il bundan əvvəl «Mən Füzulinin azad olunması xəbərini Azərbaycan xalqına çatdıranda artıq Azərbaycan xalqı və hesab edirəm, bütün dünya gördü ki, biz öz şərəfli missiyamızı sona qədər yerinə yetirəcəyik, heç bir qüvvə bizi dayandıra bilməz» söyləyən Prezident  İlham Əliyev qətiyyətli addımları ilə göstərdi ki, xalq-iqtidar-ordu birliyi möcüzələr yaratmaq qüdrətindədir. Füzuli şəhərinin azad edilməsi  Milli Ordumuza mənəvi güc verməklə Zəngilana, Qubadlıya yol açdı, Laçın dəhlizinə çıxmaqla İkinci Qarabağ müharibəsinin teleyi həll olundu. «Yenilməz Ermənistan ordusu» darmadağın edildi. İşğaldan azad edilmiş ərazilərizdə olan xarici diplomatlar, siyasətçilər, jurnalistlər  erməni vəhşiliyini öz gözləri gördülər. O günlər artıq arxada qaldı.

Füzuli rayonunda  icra edilən layihələr, cəmi 8 ay ərzində Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının inşası  Azərbaycan reallıqlarının bir nümunəsi kimi diqqəti cəlb edir. Füzulidən Şuşaya uzanan Zəfər yolu, çəkilən elektrik xətləri,  Zəngilanda birinci kəndin inşasının başa çatması, Ağdamın, Cəbrayılın,  Zəngilanın, Qubadlının, Kəlbəcərin və Laçının baş planlarının  hazırlanması, tikinti bərpa işlərinin Azərbaycanın öz imkanları hesabına aparılması dünya təcrübəsində müşahidə olunmamış möcüzədir. Ən qüdrətli dövlətləri iqtisadi bohranla üzləşdirən CODID-19 pandemiyasının davam etdiyi müddətdə  Azərbaycan iqtisadiyyatının  təxminən 5 , qeyri-neft sənayesinin isə 20 faiz artması Prezident İlham Əliyevin « Azərbaycan heç kimdən heç bir yardım, bir qəpik də yardım almayıb və almayacaq. Bu günə qədər almayıbsa, bundan sonra da almayacaq. Bunu öz imkanlarımız çərçivəsində edəcəyik. Mən tam əminəm ki, bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir» sözlərinin təsdiqidir.

Bu günlərdə Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu rayondan sonra Laçın dəhlizinin nəzarətə götürülməsini, Milli Ordumuzun Zəfər yürüşünün davam etdirilməsini, noyabrın 8-də Şuşada dövlət bayrağını ucaldılmasını, ümumiyyətlə yaşayış məntəqələrinin azad edilməsini tarixi hadisə adlandıran Prezident  İlham Əliyevin vurğuladığı kimi, Füzulidən sonra gələn il  Zəngilanda da  hava limanının  istifadəyə verilməsi daha bir tarixi hadisə kimi yaddaşlarda qalacaq.

«İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi. Göstərdi ki, biz heç vaxt o vəziyyətlə barışmaq fikrində deyildik. Əgər qubadlılılar digər keçmiş köçkünlər kimi, hər il böyük ürəkağrısı ilə işğal günündə yığışırdılarsa, bundan sonra artıq o tarix tamamilə silindi, ancaq 25 oktyabrda hamımız bayram edəcəyik» söyləyən, Azərbaycan xalqına müraciətlərində verdiyi vədləri yerinə yetirən Prezident İlham Əliyevin türkiyəli həmkarı,  daim Azərbaycanın yanında olduğunu əməli fəaliyyəti , siyasi, mənəvi dəstəyi ilə təsdiqləyən  Rəcəb Tayyib Ərdoğanla birgə Füzüli Beynəlxalq Hava Limanını açılışında iştirakı möhtəşəm tarixi hadisədir. Türkiyə və Azərbaycanın dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanının açılışında yaşanan sevinc qardaş  xalqların həmrəylik rəmzi idi. Bu  möhtəşəmlik   öndər Müstafa Kamal Atatürkün «Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir», ümummilli lider Heydər Əliyevin «Biz bir millət , iki dövlətik» sözlərinin  müasir günümüzdə təsdiqi,    Prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın   imzaladıqları «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında» Şuşa Bəyannaməsinin təntənəsi idi.

Bəyannamədə qeyd olunduğu kimi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylər davam etdiriləcək. Azərbaycan və Türkiyə intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialını daha da inkişaf etdirəcəklər. Yəni, Azərbaycanla Türkiyəni birləşdirəcək nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcək Zəngəzur dəhlizinin açılması üçün səylər birləşdriləcək. İnanırıq ki, Azərbaycan-Türkiyə qardaşlığının növbəti  sevinc ünvanı Zəngəzur dəhlizinin açılış mərasimi olacaq.