YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaş rayonunda şəhidin ildönümü qeyd olundu

Oktyabrın 25-də 44 günlük Vətən müharibəsində şəhid olmuş Ağdaş rayonunun Şəmsabad kənd sakini Feyruzlu Əlibəy Samir oğlunun ildönümü qeyd olunub. Bu münasibətlə şəhidin doğulub-böyüdüyü Şəmsabad kəndində mərasim keçirilmişdir. Mərasimdə  Yeni Azərbayan Pariyası İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov və YAP Ağdaş rayon təşkilatının fəalları, İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak etmişlər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla anılmış,  ruhuna dualar oxunmuş, döyüş yolu barədə söhbət açılmış, valideyinlərinə başsağlığı verilmişdir.

Qeyd edək ki, Feyruzlu Əlibəy Samir oğlu  7 avqust 2001-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. Azərbaycan Ordusunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edən çavuş Əlibəy Feyruzlu  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində iştirak etmiş, Tərtər istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. O, oktyabrın 25-də doğma kəndində dəfn edilmişdir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”,  “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.