YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsinin iki şəhidinin ildönümü Ağdaş rayonunda qeyd olundu

44 günlük Vətən müharibəsində Ağdaş rayonunun iki şəhidinin -  Maxsudov Bəxtiyar Mansur oğlunun və Məmmədov Elvin Eldəniz oğlunun ildönümü qeyd olunub. Bu münasibətlə şəhidlərin doğulub-böyüdüyü və ailələrinin yaşadığı Tofiqi kəndində və Ağdaş şəhərində mərasimlər keçirilmişdir.

Mərasimlərdə  Yeni Azərbayan Pariyası İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov və YAP Ağdaş rayon təşkilatının fəalları, İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak etmişlər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla anılmış,  ruhlarına dualar oxunmuş, onların döyüş yolu barədə söhbət açılmış, valideyinlərinə başsağlığı verilmişdir.

Qeyd edək ki, Maxsudov Bəxtiyar Mansur oğlu 17 oktyabr 1997-ci ildə Ağdaş rayonunun Tofiqi kəndində anadan olmuşdur. Bəxtiyar Maxsudov Aprel döyüşlərinin də iştirakçısı olmuşdur. Vətən müharibəsi başlayanda təlim toplanışında olan Bəxtiyar Maxsudov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan döyüşlərdə iştirak etmiş, Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Oktyabrın 24-də doğulduğu Tofiqi kəndinin qəbristanlığında dəfn olunmuşdur. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”və “Suqovuşanın azad olunmasına görə”  medalları ilə təltif olunmuşdur.

Məmmədov Elvin Eldəniz oğlu 25 iyunt 2001-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. Vətən müharibəsi başlananda həqiqi hərbi xidmətdə olan Elvin Məmmədov Azərbaycan Ordusunun əsgəri kimi Füzuli-Cəbrayıl istiqamətində gedən hərbi əməliyyatlarda  iştirak etmiş və şəhid olmuşdur. O, oktyabrın 24-də Ağdaş şəhərinin Padar qəbirstanlığında dəfn olunmuşdur. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”   və  “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.