YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Asif Azayevin anım mərasimi keçirilib

Şamaxıda Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhadətə yüksələn Azayev Asif Məhəmmədağa oğlunun anım mərasimi keçirilib.

İldönümü ilə əlaqədar keçirilən tədbirə YAP Şamaxı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Bəxtiyar Abbasov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, hüquq mühafizə orqanlarının əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri qatılıblar.

Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar, daha sonra şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yeni inşa olunan bulağın açılışında iştirak ediblər.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. O, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd edib.