YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saatlıda şəhid Zaminəli Sultanovun şəhadətinin ildönümü keçirilib

YAP Saatlı rayon təşkilatının  rəhbərliyi və fəalları İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Sultanov Zaminəli Nazim oğlunun rayonun Qara Nuru kəndində keçirilən ildönümü mərasimində iştirak ediblər.  Eyni zamanda, onlar şəhidin ailə üzvləri ilə görüşərək onların qayğıları ilə maraqlanıblar. Şəhidin məzarı ziyarət edilərək üzərinə gül dəstələri düzülüb.

YAP Saatlı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Lütvəli Şıxəliyev şəhidin ailə üzvləri ilə görüş zamanı bildirib ki, qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsarəti, mətanəti və milli ruhu xalqımıza şanlı Qarabağ zəfərini bəxş edib. Bu Qələbədə şəhidimiz Zaminəli Sultanovun da payı var.

Görüşdə çıxış edənlər şəhidin Vətən müharibəsinin ilk günündən ön cəbhədə savaşdığı, döyüş meydanında böyük şücaət və cəsarət nümunələri göstərdiyi xüsusi qeyd ediblər.

 Şəhidin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.