YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Son dövrlər müəyyən dairələr Azərbaycan dövləti haqqında böhtan, şər kampaniyalarına başlayıb

«Son dövrlər müəyyən dairələr Azərbaycan dövləti haqqında olmazın böhtan, şər kampaniyalarına başlayıb. Bu kampaniyaları aparan beynəlxalq təşkilatlar erməni mənşəli olanları, özlərinin qrant verib üzərindən “şapka” aldığı qeyri-hökumət təşkilatlarını, Azərbaycanın dövlət, hərbi sirrlərini erməni xüsusi xidmət orqanlarına ötürənləri dəstəkləyənlərdir». Bu fikirləri Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı  Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasındakı çıxışı zamanı deyib.

S. Novruzov bildirib ki, vaxtilə Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi ərəfəsində də belə kampaniya gedirdi. Onun sözlərinə görə, həmin təşkilatların rəhbər orqanlarında, maliyyə qaynaqlarında erməni izi var.

«Buradan onlara işləyən sapı özümüzdən olan baltalar da var. Bunlar AXCP sədri Əli Kərimli, onun ətrafındakı tör-töküntülər və erməni lobbisindən alaraq saxladığı QHT-lərdir. Hesab edirəm ki, millət vəkilləri, Ombudsman öz xətləri ilə bu məsələdə mövqeyini ortaya qoymalıdır. Avropa Oyunları ilk dəfə olaraq ölkəmizdə keçiriləcək. Bizim hörmətli həmkarımız, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bir-bir xarici ölkələri gəzərək Avropa Oyunlarını təqdimatını edir. Biz də bu prosesə öz dəstəyimizi verməliyik.