YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib

Yeni Azərbaycan Pariyası Nəsimi rayon təşkilatının inzibati binasında ərazi partiya təşkilatlarının sədrləri ilə növbəti görüş keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, xalqımız hər zaman dövlət başçı İlham Əliyevin ətrafında sıx birləşib. Qeyd edib ki, bu həmrəyliyin bariz nümunələrindən biri də məhz 44 günlük Vətən müharibəsində öz təsdiqini tapıb. Vurğulayıb ki, məhz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan ordusunun əzmi, gücü, hərbi üstünlüyü və xalqımızın birliyi sayəsində tarixi torpaqlarımız işğaldan azad olunub.

A.Süleymanov çıxışının sonunda rayon təşkilatının ərazi partiya təşkilatlarına tapşırıq və tövsiyyələrini verib. Onları daha da fəal olmağa, rayon təşkilatının fəaliyyətində yaxından iştirak etməyə çağırıb.