YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatının fəalları şəhid Nicat Şükürlünün ildönümündə iştirak ediblər

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və aparat əməkdaşları Vətən müharibəsi şəhidi Şükürlü Nicat Ayaz oğlunun məzarını ziyarət edib. Vətən müharibəsində qəhrəmancasına şəhid olan Şükürlü Nicat Ayaz oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il ötür. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Şükürlü Nicat 2020-ci il oktyabrın 12-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və "Vətən uğrunda” medalları ilə təltif edilib.

Şəhid Nicat Şükürlünün ailə üzvləri şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini bildiriblər.