YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şabran rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyasını davam etdirir

İkinci Qarabağ müharibəsi şəhidi Ürfan Orucov  Firdovsi oğlunun  anım mərasimi keçirilib.

Mərasimdə YAP Şabran rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Mehdi Balabəyov, hüquq muhafizə orqanlarının rəhbərləri, YAP Şabran rayon təşkilatının əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində şəhidin məzarı ziyarət edilib,  üzərinə gül-çiçək dəstələri düzülərək əziz xatirəsi böyük ehtiramla yad olunub.

Allah şəhidlərimizə rəhmət eləsin!