YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Tərtər rayon təşkilatının nümayəndələri şəhidlərin ildönümündə iştirak ediblər

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının nümayəndələri Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan rayonun Köçərli və Səhləbad kəndindən olan Abbaslı Elnur Yaşar oğlunun və Ağayev İntiqam Hüseyn oğlunun ildönümü mərasimində iştirak ediblər.

Təşkilat üzvləri şəhidlərin məzarlarını ziyarət edərək üzərinə gül-çiçək dəstələri düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.

Sonra şəhidlərin ailələrini ziyarət edərək onlara səbr diləyib, qayğıları ilə maraqlanıblar. Ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.