YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zığda şəhid Ruhid İslamlının xatirəsi anılıb

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid əsgər İslamlı Ruhid Uğur oğlunun şəhadətinin ildönümü münasibəti ilə təşkil olunan anım mərasimində iştirak ediblər.

Öncə şəhid İslamlı Ruhidin Suraxanı rayon Zığ qəsəbəsi Dədə Qorqud yaşayış sahəsində yerləşən Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı rayon təşkilatının nümayəndələri tərəfindən ziyarət edilib, məzarı üzərinə güllər düzülüb və dualar oxunub.

Daha sonra YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri şəhid İslamlı Ruhid Uğur oğlunun anım mərasimində ailənin qayğıları ilə maraqlanıb, şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləyiblər.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid İslamlı Ruhid Uğur oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.