YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaqatalada şəhid Fəqan Məmmədovun xatirəsi anılıb

YAP Zaqatala rayon təşkilatının fəalları, rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Zaqatala rayonunun Yeni Suvagil kəndindən olan Məmmədov Fəqan Vahid oğlunun ildönümü ilə əlaqədar məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Daha sonra tədbir iştirakçıları şəhidin ailəsini ziyarət edib, onlara mənəvi dəstək olublar. Ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını bildiriblər.