YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Səbuhi Əsədovun məzarı ziyarət olunub

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Cəbrayıl rayonunun Hasanlı kəndindən olan Əsədov Səbuhi Azər oğlunun ildönümü mərasimi keçirilib.

YAP Cəbrayıl rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Arif Fərzəliyev, Milli Məclisin deputatı Ceyhun Məmmədov və partiya fəalları şəhidin Suraxanı rayonu şəhidlər xiyabanında yerləşən məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Daha sonra şəhidin ailə üzvləri ilə görüşərək onların qayğıları ilə maraqlanıblar.