YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yevlax rayon təşkilatının təşəbbüsü ilə Şəhidlər Abidə Kompleksi yenidən qurulur

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının təşəbbüsü ilə rayonun Malbinəsi kəndində I Qarabağ müharibəsinin 6 şəhidinin xatirəsinə ucaldılan Şəhidlər Abidə Kompleksi əsaslı şəkildə yenidən qurulur.

Belə ki, uzun müddət təmir işləri görülmədiyindən abidənin təmirə ehtiyacı yaranıb. Bu məqsədlə YAP Yevlax rayon təşkilatının fəalları abidənin yenidən qurulması işində yaxından iştirak edir, lazımi işlərin görülməsində fəallıq göstərirlər.

Abidə yenidən qurulan zaman II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Malbinəsi kəndinin 2 şəhidinin şəkli də Abidə Kompleksinə əlavə olunacaq və yenidən torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərin xatirəsini əbədiləşdirən Ziyarətgaha çevriləcək.