YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərdabda şəhid məzarlarının ətrafının təmizlənməsi aksiyası davam etdirilir

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının əməkdaşları və bir qrup YAP fəalları şəhid məzarlarının ətrafının təmizlənməsi və abadlaşdırılması aksiyası çərçivəsində öz fəaliyyətlərini davam etdirirlər.

Rayon təşkilatı aparatının əməkdaşları və partiyanın bir qrup fəal üzvləri rayonun Gəlmə kəndi ərazisində, şəhidlərin dəfn olunduğu məzarlıqda 09.10.2020 ci-il tarixdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Məmmədzadə Anar Nazim oglunun məzarını ziyarət ediblər. Eyni zamanda həmin məzarlıqda dəfn olunmuş digər şəhidlərin də məzarları ziyarət olunaraq ətrafda təmizlik və səliqə-səhman işləri aparılıb.

Əməkdaşlar və fəallar təmizlık işlərindən sonra şəhidlərin məzarları üzərinə gül-çiçək dəstələri düzüblər.

Qeyd edək ki, 03.08.1999-ci il tarixdə Zərdab şəhərində anadan olmuş Məmmədzadə Anar Nazim oğlu  Fizuli rayonu uğrunda gedən döyüşlərdə, qəhrəmancasına döyüşərək şəhid olmuş, 19.11.2020-ci ildə nəşi torpağa tapşırılmışdır. Anar Məmmədzadə “Vətən uğrunda”, “Fizulinin azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif edilmişdir.