YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaş rayonunda şəhidin ildönümü qeyd olunub

Oktyabrın 9-da 44 günlük Vətən müharibəsində şəhid olmuş Ağdaş şəhər sakini İsmiyev Emil Elman oğlunun ildönümü qeyd olunub.

Bu münasibətlə şəhidin doğulub-böyüdüyü və ailəsinin Ağdaş şəhərində yaşadığı evdə mərasim keçirilib. Mərasimdə Yeni Azərbayan Pariyası İdarə Heyətinin üzvü, YAP Ağdaş rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən, Milli Məclisin deputatı Cavid Osmanov və partiya fəalları, Rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər.

Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub, döyüş yolu barədə söhbət açılıb, valideyinlərinə başsağlığı verilib.

Qeyd edək ki, İsmiyev Emil Elman oğlu 7 avqust 2001-ci ildə Ağdaş şəhərində anadan olub. Emil İsmiyev Azərbaycan Ordusunun əsgəri kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində iştirak edib, oktyabrın 9-da Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.