YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Beyləqan rayon təşkilatının nümayəndələri şəhidlərin anım mərasimində iştirak ediblər

YAP Beyləqan rayon təşkilatının nümayəndələri Vətən Müharibəsində qəhrəmancasına şəhid olan 6 rayon sakininin ildönümü mərasimində iştirak ediblər.

Təşkilat üzvləri şəhidlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər. Şəhadətə ucalan rayonun Əlinəzərli kəndindən Əliyev Səbuhi Teyyub oğlu, Rəhimli Xəyal Rahil oğlu, Kəbirli kəndindən Əliyev Araz Aydın oğlu, Əsədov Saleh Səməd oğlu, Dünyamalılar kəndindən İsmayılov Səxavət Sabir oğlu, Əhmədli kəndindən isə Hüseynov Aqil Habil oğlunun məzarları ziyarət olunaraq, xatirələri ehtiramla yad edilib