YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisinin deputatı Elman Nəsirov seçiciləri ilə görüşüb

Milli Məclisinin deputatı Elman Nəsirov 68 saylı Cəlilabad kənd seçki dairəsinə daxil olan İnilli, Məmmədcanlı, Novruzallı və Bayxanlı kəndlərində seçiləri ilə görüşüb.

Görüş çərçivəsində İnilli və Məmmədcanlı kəndlərinə mavi yanacağın çəkilişi ilə bağlı görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. Kənd sakinləri onların sosial problemlərinin həlli istiqamətində, xüsusilə də mavi yanacağa olan tələbatın ödənilməsi istiqamətində göstərdiyi böyük diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.

E.Nəsirov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsindəki döyüşlərdə qəhrəmancasına şəhid olmuş Cəlilabad rayonu Dələli kəndindən şəhid Rahid Cəfərovun və Uzuntəpə kəndindən şəhid Rəşad Quliyevin şəhadətlərinin ildönümünə həsr olunmuş mərasimlərdə də iştirak edirb. Mərasimlərdə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilmiş, ruhlarına dualar oxunmuş, onların döyüş yolu barədə söhbət açılmış və valideynlərinə dərin hüznlə başsağlığı verilmişdir.

Milli Məclisin deputatı Cəlilabad rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında Məşədilər kənd sakini Təyyar Səfərovu, Üçtəpə kənd sakinləri Laçın Əhmədovu və Arif Əhmədov, Ləkin kənd sakini Həsrət Quliyevi, Məlikqasımlı kənd sakinləri Məcid Mehtiyevi və Faiq İskəndərov, Təklə kənd sakinləri Davaxan Mahmudov, Oqtay Babayevi və Famil İsmayılov, Ocaqlı kənd sakini İlqar Həsənov, Alar kənd sakinləri Famil Səlimov, Rauf Bayramov və Ədalət Məmmədov, Mikayıllı kənd sakinləri Nurəddin Əliyev, Fəxrəli Abdullayev və Gülməmməd Ağaşov, Abazallı kənd sakini Sidqiəli Yadullayev, Uzuntəpə kənd sakini Marif Bayramov, Əliqasımlı kənd sakini Nurəddin Abıyev, Cəlilabad rayon sakini İlqar İsmayılov və Babalı kənd sakini Namiq Ağayevi qəbul edib.

Görüş zamanı vətəndaşlar, onları narahat edən məşğulluq, şəhid adının əbədiləşdirilməsi, elektrik xətlərinin yenisi ilə əvəz olunması, fermerlərə subsidiyanın verilməsi, qaz çəkilişi və avtomobil yollarının təmiri ilə bağlı məsələləri dilə gətiriblər. Bəzi məsələlər yerindəcə öz həllini tapıb. Həllini tapmayan məsələlər ilə bağlı deputat Elman Nəsirov onların həlli istiqamətdə addımlar atacağına söz verib.