YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şabranda Vətən müharibəsi şəhidlərinin ildönümü ilə əlaqədar tədbirlər keçirilib

Şabran rayonunda Vətən müharibəsi şəhidlərinin ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirilib.

Tədbirlərdə YAP Şabran rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Mehdi Balabəyov, Milli Məclisin deputatı Sadiq Qurbanov, YAP Şabran rayon təşkilatının aparat işçiləri, hüquq-muhafizə orqanlarının rəhbərləri iştirak ediblər.

İlk olaraq Şabran şəhəri Tərlan Kərimov küçəsində şəhid Tərlan Kərimovun əziz xatirəsinə həsr olunmuş barelyef abidə kompleksinin açılışı olub, daha sonra Şabran rayonu Zeyvə kəndində Şəhid Aynur Poladovun il dönümü mərasimi keçirilib.

Mərasimdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdiyi bildirilib. Qeyd edilib ki, Azərbaycan işğal altındakı torpaqlarını xilas etməklə adını tarixə qızıl hərflərlə yazdı. Azərbaycan Ordusu öz xilaskar missiyasını, vətənimizi qorumaq, torpaqlarımızı işğaldan azad etmək vəzifəsini şərəflə yerinə yetirdi. Torpaqlarımız uğrunda canını, qanını fəda etmiş qəhrəman oğullarımızın, şəhidlərimizin qisası alındı.

Allah şəhidlərimizə rəhmət eləsin.