YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın Azərbaycan ərazisində törətmiş olduğu müharibə cinayətlərinə və erməni faşizminə şahidlik edən beynəlxalq təşkilatlar mütləq öz mövqelərini açıqlamalıdırlar

Məlahət İbrahimqızı,

Milli Məclisin deputatı

Müzəffər Ali Baş Komandanımızın da söylədiyi kimi, müharibə bitsə də, mübarizəmiz davam edir. Bu o deməkdir ki, bizim hələ bəzi problemlərin tam həlli üçün mübarizəmiz davam edəcək. Öncə onu deyim ki, həqiqətən də çox əlamətdar, tarixi günlərin, şərəfli dövrün tükənməz sevinc hisslərini yaşayırıq. Keçən il biz hər gün işğaldan azad olan rayonlarımızın - Suqovuşanın, Cəbrayılın və digər ərazilərimizin azad olunmasının xoş müjdələrini alırdıq. İnşallah, təxminən bir aydan sonra biz əzəmətli Zəfərimizin ildönümünü təntənə ilə qeyd edəcəyik. Sözsüz ki, xalqımız bu təntənəli günləri nə qədər ki, Azərbaycan var qeyd edəcək. Lakin postmüharibə dövründə həlli vacib olan bəzi məsələlərə də münasibət bildirməliyik. Bildiyimiz kimi, ötən otuz il ərzində Azərbaycanın ərazi bütövlüyünə qonşu dövlətin  təcavüzü, 20 faiz torpaqlarımızın qəsb edilməsinə dair bütün nüfuzlu  beynəlxalq təşkilatlar tərəfindən Ermənistanı işğalçı və təcavüzkar kimi tanınan sənədlər qəbul edilmişdi. Təəssüf ki, bu müddət ərzində bu təşkilatlar heç olmasa öz nüfuzları naminə bu sənədlərin icrası ilə bağlı bir dəfə də cəhd etmədilər. Və nəticə, daha doğrusu münaqişə sonda danışıqlar yolu ilə deyil, hərb-siyasi yolla öz həllini tapdı. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsinin gedişi və müharibədən sonra işğaldan azad edilmiş ərazilərə beynəlxalq təşkilatların, dünyanın nüfuzlu media təmsilçilərinin, ekspert və QHT təmsilçilərinin, diplomatların səfəri bu təcavüzkar dövlətin əsl vandal, vəhşi, faşist və terrorçu mahiyyətini aşkar etdi. 44 günlük müharibə müddətində işğalçı qonşu dövlət bütün beynəlxalq hüquq və humanitar normalara qarşı da təcavüzkar mövqeyini nümayiş etdi. Bütün dünya bildi ki, ərazi bütövlüyümüzün bərpası və işğal olunmuş torpaqlarımızın azad olunması məqsədilə aparılan bu ədalətli müharibədə Azərbaycanın qəhrəman ordusu döyüşləri ancaq öz ərazilərimizdə aparırdı. Bunu, hətta hər çıxışında möhtərəm Prezidentimiz də bildirirdi. Bu mənada, müharibənin gedişi boyu Azərbaycan əsgəri bir dəfə də olsun mülki obyektə (baxmayaraq ki, bu ərazilər bizə məxsus idi) və ya mülki insana qarşı atəş açmadı, silah istifadə etmədi.  Hətta mülki ermənilərə insani dəstək göstərdilər. Təcavüzkar Ermənistan dövləti isə ən ağır və qadağan olunmuş silah və bombalardan, ağır artileriyadan istifadə edərək, işğal olunmuş torpaqlarımızdan çox-çox uzaq ərazilərimizə - Gəncə, Naftalan, Mingəçevir, Tərtər, Bərdə, Goranboy, Qəbələ kimi rayonlara davamlı olaraq atəş açaraq mülki obyektləri hədəf aldı. Körpə, qoca və qadın da olmaqla yüzlərlə mülki insanlara qarşı ağır terror və müharibə cinayətləri törətdi. Bununla da Azərbaycan və Türkiyəyə qarşı erməni ideoloqlarının uzun illər formalaşdırdığı tarixi və əsassız düşmənçiliyin əsl faşist mahiyyətinə dünya bir daha şahidlik etmiş oldu. İşğaldan azad edilmiş əraziləri ziyarət edən hər kəs erməni vandalizmini və ya düşmənçiliyini, Ermənistanın bu ərazilərin ekosisteminə, flora və fauna sisteminə qarşı törətdikləri ekosid siyasətini gözləri ilə gördülər. Bütün bəşəriyyət üçün universal dəyər olan, Allahın yaratdığı ətraf mühitə qarşı törədilən ekosid cinayətdən daha ağır nə ola bilər? Müharibə müddətində ermənilər tərəfindən yüzlərlə arı qovaqlarının, ağacların, ev heyvanlarının, çiçəklərin, dünya mirasına daxil olan tarixi abidələrin yandırılmasını və məhv edilməsini dünyanın nüfuzlu media təmsilçiləri nümayiş etdirdilər. Yəni, erməni vəhşiliyinin nəticəsi olan bu dözülməz cinayətlərə beynəlxalq təşkilatlar tərəfindən susqunluq göstərilməməlidir. Onsuz da Azərbaycan dövləti işğal altında olan ərazimizdə törədilmiş cinayətlərlə, bu ərazilərin təbii sərvətlərinin əsassız olaraq talan edilməsi, bütün yaşayış məskənlərinim tamamılə dağıdılması, məhv edilmiş xalqımızın minillər boyu yaratmış olduğu maddi və mənəvi irsimizlə, bir sözlə dəymiş bütün ziyanla bağlı müvafiq beynəlxalq təşkilatlar qarşısında çox ciddi məsələ qaldıracaq və bu iş həllini tapana qədər üzərində dayanılacaq. Amma hüquq elmində şahidlik deyilən bir məfhum var. Əgər bir cinayətin kimsə şahididir, ona göz yumur və ya ört basdır edirsə, bu özü də ciddi məsuliyyətdir. Bu baxımdan, erməni faşizminin bəşəriyyətin gələcəyi üçün  çox ciddi təhlükə olduğunu nəzərə alaraq dünya ictimaiyyəti də öz sözünü deməli və bu qlobal təhlükə ilə ardıcıl mübarizə aparmalıdır.

Saxtalaşdırılmış erməni tarixi və başqa xalqlara qarşı nifrət ruhu aşılayan erməni ideologiyasının nəticəsidir ki, erməni xalqı tarix boyu harada yaşamasından asılı olmayaraq, yaşadıqları ərazidə fitnə, milli ədavət və ağır cinayətlər törətmişlər. Və bugün də bu siyasət davam edir. Buna görə də yaşadığımız kürəsəlləşən dünyada həm beynəlxalq ictimaiyyət, həm də beynəlxalq təşkilatlar gələcək üçün ciddi təhlükə və zəhərli tendensiya olan erməni faşizmini, başqa xalqlara qarşı nifrət təbliğ edən erməni ideologiyasını durdurmalıdır. Və Azərbaycan ictimaiyyəti, siyasətçiləri, ayrı-ayrı ziyalılar bu məsələdə ardıcıl fəaliyyət göstərməli və beynəlxalq təşkilatlara onların məsuliyyət və vəzifələrinin yerinə yetirilməsində təzyiq göstərməlidir. Təsəvvür edin ki, erməni xalq Hitler faşizmini təbliğ edən Q.Nijdeyə abidə ucaldıblar. Bu azmış kimi müntəzəm olaraq yetişməkdə olan erməni uşaq və gənclərini bu abidəni ziyarət etdirərək, bəşəriyyət üçün ciddi təhlükə olan faşizm ideologiyasını dövlət siyasəti kimi təbliğ edirlər. Heç də sirr deyil ki, dünyanın bir sıra ölkələrində neoerməni faşizmi formasında daha aqressiv yeni cərəyanlar fəaliyyət göstərir və bu gələcəkdə ermənilərin yaşadıqları ölkələr üçün də çiddi təhlükəlidir. Bu cərəyanlar rəsmi terror təşkilatı kimi tanınan ASALA kimi erməni terror təşkilatlarından müxtəlif tapşırıqlar alaraq müxtəlif cinayətlər törədirlər. Azərbaycan xalqı onsuz da öz ərazi bütövlüyünü bərpa edərək, işğal altında olan torpaqlarını azad edib. Azərbaycan xalqı bir daha erməni xislətinin baş qaldırmasına imkan verməyəcək. Çünki erməni ideoloqları öz xalqının beynini elə zəhərləyib ki, bu, sağalmaz psixoloji xəstəlik vəziyyətinə gəlib çıxıb. Ona görə biz- Azərbaycan xalqı tarixdən dərs çıxararaq, bir daha belə acı olayların yaşanmaması üçün ayıq-sayıq olmalıyıq.

Sadə erməni xalqının bu zəhərli və irsi xəstəlikdən xilas edilməsində isə beynəlxalq təşkilatların konkret işlər görməyə kifayət qədər imkanları var. Ən başlıcası isə əgər bu gün erməni xalqının həqiqi mənada sağlam düşüncəli ziyalıları və ya öndə gedənləri varsa, onlar öz xalqlarının bu tarixi bəladan qurtuluşu naminə fədakarlıq edərək, ciddi təbliğat aparmalı, qonşularına qarşı formalşdırılmış tarixi düşmənçiliyə son verməlidirlərr. Əlbəttə, bu elə də asan deyil. Çünki erməni xalqından və Ermənistan dövlətindən də güclü erməni diasporu var. Erməni diasporu da anlamalıdır ki, Azərbaycana və Türkiyəyə qarşı bu saxta tarix, əsassız düşmənçilik və ərazi iddiaları erməni xalqını ancaq uçuruma və fəkakətə düçar edə bilər. Onlar anlamalıdır ki, önlərində gündən-günə daha da güclənən Azərbaycan və Türkiyə var. Erməni xalqının gələcək taleyi də bu iki güclü qardaş ölkədən asılıdır. Bu gün erməni xalqının gələcək mövcudiyyəti üçün tarixi fürsət yaranıb. Bu tarixi fürsəti də qonşuları Azərbaycan dövləti yaradıb və onlara konstruktiv əməkdaşlıq, sözün həqiqi mənasında, səmimi qonşuluq təklif edilir. Bu gün Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanı böyük humanizm və yüksək diplomatik mədəniyyət göstərərək danışıqlar masasında qalib ya məğlub tərəf, ya da diqtə edən tərəf kimi deyil, Cənubi Qafqazın iki qonşu dövlətinin rəhbəri kimi oturmağı təklif edir. Bu yüksək humanizm bəlkə də dünyada ilk dəfədir. Yəni, qalib dövlətin lideri diqtə və ya imperativ dil ilə deyil, diplomatik münasibət təklif edir. Sözsüz ki, erməni xalqı bu fürsəti qaçırsa, tarix bir daha  onlara acımayacaq. Bu, onların son şansıdır.

Erməni xalqı anlamalıdır ki, otuz illik işğal dövründə onlar heç nə qazanmadılar. Əksinə səfalət, yoxsulluq, işsizlik və miqrasiya. Ötən dövr ərzində işğal altında olan torpaqlarımızda talan etdikləri sərvətlər isə onları girov saxlamış hakimiyyət və erməni diasporunun olmuşdu. Ona görə erməni xalqı və ictimaiyyəti hakimiyyəti idarə edənlərə və erməni diasporuna çox sərt təpki etməlidirlər. Erməni xalqı anlamalıdı ki, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərdən sonra onların da gələcəkdə sülh, əmin-amanlıq və inkişaf mühitində yaşamaları üçün unikal imkanlar yaranıb. Bu mənada, qarşıda sülh danışıqlarının uğurla başa çatmasında onlar fəal və prinsipial mövqe göstərməlidirlər. Çünki bu proseslər sadə erməni xalqının taleyində həlledici bir fürsətdir.

Qeyd etmək lazımdır ki, ötən dövr ərzində düşmənə barışmaz və prinsipial mövqe göstərən  möhtərəm Prezidentimiz cənab İlham Əliyev  postmüharibə danışıqlarında Ermənistanın Baş naziri ilə qalib tərəf kimi deyil, humanist lider kimi diplomatik danışıqlara hazır olduğunu bəyan etdi.

Bir daha təkrar edirəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev məğlub düşmənə ən yüksək diplomatik nəzakət göstərməklə, dünyaya humanist lider obrazını nümayiş etdirdi. Azərbaycan xalqı, onun məğlubedilməz Lideri və Müzəffər Milli Ordumuz ən yeni tarixə elə bir qəhrəmanlıq səhifələri yazdılar ki, Azərbaycan bu bölgənin əbədiyyən söz sahibi dövlətlərindən biri olacaq. Bu Zəfərlə Azərbaycan və Türkiyəyə qarşı tarixən düşmənçilik mövqeyində və ərazi iddiasında olan təcavüzkar Ermənistana və dünya erməniliyinə elə bir sarsıdıcı məğlubiyyət zərbəsi vuruldu ki, onlar bir daha dikələ bilməyəcək. Hərçənd ki, erməni xisləti və məkrinin dünyada analoqu yoxdur, ona görə onlara heç vaxt fürsət vermək olmaz ki, yenidən hansısa uydurma fikirlərə düşsünlər.