YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şabranda Anım Günü tədbirləri keçirilib

27 Sentyabr Anım Günü münasibətilə Şabran rayonunda bir sıra tədbirlər həyata keçirilib.

Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, YAP Şabran rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Mehdi Balabəyov,YAP Şabran rayon təşkilatının aparat işçiləri, şəhid ailələri və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə rayon Şəhidlər xiyabanında şəhidlərin məzarları ziyarət olunub və ruhlarına dualar oxunub.

Tədbirlər çərçivəsində rayon Mədəniyyət Mərkəzində "Xarı bülbül" pyesinin motivləri əsasında hazırlanan tamaşa nümayiş olunub.

Anım Günü münasibətilə Şabran rayon Uzunboyad kəndində Uzunboyad, Rəhimli və Məliklər kəndlərindən olan şəhidlərin əziz xatirəsini yad etmək üçün inşa edilmiş bulaq kompleksi və parkın açlışı olub.

DİGƏR Xəbərlər Arxiv