YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və İsveçrə parlamentləri arasında əlaqələr möhkəmlənir

Mili Məclis sədrinin müavini Bahar Muradova, deputatlar Elton Məmmədov və Malik Həsənov martın 3-dən 6-dək İsveçrənin Bern şəhərində səfərdə olacaqlar.
Səfər İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristin Egerszegi-Obrisin dəvəti ilə həyata keçiriləcək. Deputatlarımız səfər çərçivəsində İsveçrə parlamenti Milli Şurasının sədri Stefan Rossini, Kantonlar Şurasının sədri Klod Eş, Federal Xarici İşlər Departamentinin dövlət katibi İv Rosye, Bern şəhərinin meri Aleksandr Çerpet və digər rəsmi şəxslərlə görüşlər keçirəcək, parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər.

 

DİGƏR Xəbərlər Arxiv