YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Mirzəzadə: 27 sentyabrdan başlanan şərəfli yol Qələbəmizlə başa çatdı

 “27 sentyabr bundan sonra Azərbaycan xalqının tarixində çox  önəmli bir  yer tutacaq. Həmin gün Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu  bütün cəbhə boyu əks-hücuma keçərək 44 gün ərzində erməni qoşunlarını Azərbaycan ərazisindən qovdu, ərazi bütövlüyümüzü bərpa etdi. Azərbaycan bu günü səbirsizliklə gözləyirdi, buna hazırlaşırdı. Ərazi bütövlüyümüzün təmin edilməsi  üçün Azərbaycanın Ermənistana etdiyi ən böyük güzəşt diplomatik danışıqların aparılması idi. Ancaq Ermənistan  bunu qiymətləndirə bilmədi. İşğalçı dövlət  belə hesab etdi ki, onun çirkin niyyətlərinə Azərbaycan əbədi olaraq dözəcək, dünya Ermənistanı dəstəkləyəcək. Dünya tarixində heç zaman tutulan torpaqlarda dağıntılar aparılmır, qəbiristanlıqlar dağıdılmır,  yerli əhali qovulmur. Ermənistan bunun hamısını etdi. Özünün xislətini, əsl mahiyyətini ortaya qoydu.”

  Bu fikirləri Milli Məclisin deputatı Aydın  Mirzəzadə bildirib.

 A.Mirzəzadə qeyd edib ki, Azərbaycan xalqı heç zaman işğalla barışmayacaqdı: “1988-ci ildə xalqımızın  Ermənistanın Azərbaycan ərazilərinə  iddiasına qarşı ayağa qalxması  torpağa bağlılığımızın,   heç kəsə güzəştə getməyəcəyimizin  nümunəsi idi. Baxmayaraq ki, Azərbaycan o zaman  başqa dövlətin tərkibində idi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi əsasında  hakimiyyətə qayıdışı ilə Dağlıq Qarabağ məsələsində köklü dəyişikliklər baş verdi. Hər bir sahədə uğurlara imza atıldı, ordu qələbəyə hazırlandı,  ölkəmiz beynəlxalq aləmdə öz haqq səsini bütün ünvanlara çatdırdı. Ən əsası  isə 30 il ərzində  heç zaman Dağlıq Qarabağ  məsələsi  ümummilli məsələlər çərçivəsində arxa plana keçmədi.  Hər bir azərbaycanlı ərazi bütövlüyü məsələsini özünün şəxsi məsələsi hesab edirdi.”

 Millət vəkili vurğulayıb ki,  ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab  İlham Əliyevin  apardığı siyasət Azərbaycan dövlətini gücləndirdi: “Azərbaycan xalqının milli birliyi təmin olundu. Azərbaycanın bütün resursları ərazi bütövlüyümüzün təmin olunmasına istiqamətləndirildi. Aparılan siyasət  Ermənistanın növbəti təxribatının qarşısını alaraq Vətən müharibəsinin başlanmasına,  ərazi bütövlüyümüzün təmin olunmasına  imkan yaratdı.  Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad edilməsi üçün həyatını qurban verən  3000-ə qədər şəhidimizi böyük ehtiramla xatırlayır. Onlar bizim  tariximizin qəhrəmanları,  bizim üçün nümunədirlər. Onların ailələri,  yaxınları bizim üçün bir əmanətdir ki, dövlət onlara daim diqqət və qayğı göstərir. Qazilərimizin müalicəsi, onların sosial problemlərinin həlli  dövlətimizin diqqətindədir. 27 sentyabrdan başlanan şərəfli yol Qələbəmizlə başa çatdı. Şuşamız, digər torpaqlarımız  işğaldan azad edildi, bu ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Hazırda işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işləri aparılır, tezliklə  cənnət məkana çevriləcəklər.”