YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəfqət və xeyirxahlığın təcəssümü

Hicran Hüseynova

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor 

      Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın həyat fəlsəfəsinin əsasında vətənə sədaqət, milli dəyərlərə hörmət, humanizm, şəfqət, xeyriyyəçilik, mərhəmətlilik, kübarlıq, alicənablıq kimi yüksək mənəvi keyfiyyətlər dayanır.  Onun bütün fəaliyyətinin, həyata keçirdiyi hər bir layihəsinin  mühüm şüarı  “hər şey İnsan üçün, xalq üçün, Vətən üçün, bəşəriyyət üçün”dür.  Azərbaycan ailəsinin  problemlərini həmişə diqqət mərkəzində saxlayan Mehriban xanım ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. Mehriban xanımın təşəbbüsü  və rəhbərliyi ilə hər bir vətəndaşın bərabər, əlçatan və keyfiyyətli təhsillə təminatı, əhalinin sağlamlığının qorunması, sosial baxımdan daha həssas əhali qruplarının (şəhid ailələri, qazilər, məcburi köçkünlər, ahıllar, kimsəsizlər, irsi qan xəstəliyindən və digər irsi xəstəliklərdən əziyyət çəkən şəxslər və s.) problemlərinin həlli istiqamətində həyata keçirdiyi layihələr, bütövlükdə  ailələrin rifahının daha da yaxşılaşmasına öz müsbət təsirini göstərir.

      Mehriban xanım həyatının bütün mənasını xalqına, dövlətinə xidmətdə görür  və bu yolda yorulmadan çalışır, ideoloji mübarizə aparır.  2004-cü ildən yaratdığı  Ulu Öndər Heydər Əliyevin adını daşıyan Fondun vasitəsilə  Avropa və dünyada bir sıra ciddi və xüsusi mahiyyət daşıyan mədəni və sosial layihələrə verdiyiniz dəstəklə diqqəti Azərbaycan yönəltməyi bacardı. Azərbaycanın idman, dostluq, sülh ölkəsi kimi tanınmasında müstəsna xidmətləri  vardır.  Ölkəmizdə və dünyada mədəniyyətə, tarixə, idmana xüsusi qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə, ekologiya sahələrində, o cümlədən, sivilizasiyalar və mədəniyyətlərarası  dialoqun reallaşması, tolerantlığın bərqərar olması istiqamətində  Respublikada və beynəlxalq miqyasda böyük layihələr həyata keçirən prinsipial və peşəkar bir ictimai xadimdir.  Onun geniş miqyaslı  fəaliyyətinin əhəmiyyətini və qlobal aktuallığını əks etdirən ali mükafatlar və təltiflər həyata keçirdiyi humanitar missiyaya verilən yüksək dəyərin təzahürüdür.

         Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində, Azərbaycanda ictimai sabitliyin təmin olunmasında böyük əməyi var. Özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışıniz  ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməklə  Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır. Pandemiya səbəbindən ölkəmizdə yaşanan böhran zamanı onun peşəkarlığı sayəsində idarəetmədə güc birliyi təmin olunmuş, ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata keçirilmişdir. Həssas və qayğıya ehtiyacı olan insanlara, qazi və şəhid ailələrinə  lazımi köməyi göstərir, onların daha rahat yaşayışı üçün bütün imkanları səfərbər edir. Hər dəfə heç bir rəsmiyyət olmadan, titullar göstərilmədən “Sizin Mehriban” sözləri ilə bitən bir ana, bacı, dost kimi xalqımıza etdiyiniz müraciətlər, çağırışlar  istər ölkə daxilində, istərsə də ölkədən kənarda yaşayan hər bir vətəndaşımızın qarşısında öhdəlik və cavabdehlik, eyni zamanda, insanlarda ruh yüksəkliyi yaradır .

        Bu gün doğma Qarabağ və Şərqi Zəngəzur torpaqlarında  quruculuq işləri aparılır, 30 ildə erməni vandalları tərəfindən dağıdılan evlərimiz, sosial infrastrukturumuz, talan olan ərazilərimiz, meşələrimiz,  tarixi - mədəni - dini abidələrimizin yenidən tikilib- qurulmasında da Mehriban xanımın  və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun özünəməxsus rolu vardır. 

     Mehriban xanım yalnız Prezidentin həyat yoldaşı kimi deyil, həm də gündəlik xeyirxah fəaliyyəti, nəcib əməlləri və göstərdiyi mərhəməti ilə də Azərbaycanın birinci xanımıdır. Özünün şəxsi nümunəsi ilə  müasir Azərbaycan qadınını bütün dünyada ləyaqətlə təmsil edir, Azərbaycan ailəsinin yüksək mənəvi dəyərlərə söykəndiyini  əyani təcəssüm etdirir.  Mehriban xanım  tanınmış ictimai-siyasi xadim olmaqla, yanaşı, həm də sədaqətli, etibarlı həyat yoldaşı, qayğıkeş ana, sevimli nənədir.                                                  

        Bir daha Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı   ad günü münasibəti ilə ürəkdən təbrik edir, səadət dolu günlər, uzun ömür, can sağlığı, Vətənimizin və dünyamızın rifahı naminə səmərəli fəaliyyətində müvəffəqiyyətlər, tükən­məz xalq sevgisi arzu edirəm.