YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Zərdab rayon təşkilatının IX hesabat konfransı keçirilib

Avqustun 21-də Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının videoformatda IX hesabat konfransı keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, son 18 ildə Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi ilə genişmiqyaslı islahatlar aparılıb, respublikamızda rəqabətqabiliyyətli iqtisadiyyat formalaşıb. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə nəticəsində işğal altındakı ərazilərimizin azad edildiyini diqqətə çatdıran P.Mahmudova vurğulayıb ki, İkinci Qarabağ müharibəsində parlaq qələbəmiz ölkə tarixinə qızıl hərflərlə həkk olunub. YAP Zərdab rayon təşkilatının sədri deyib ki, bu gün Azərbaycan güclü dövlətdir və  dünyada nüfuzlu ölkə, yerləşdiyi regionunu lideri kimi tanınır.

P.Məmmədova bildirib ki, hesabat dövründə 260 nəfər YAP Zərdab rayon təşkilatının sıralarına qəbul olunub. Hazırda partiya üzvlərinin sayı 6082 nəfərdir. Partiya üzvlərinin 1435 nəfərini gənclər, 2872 nəfərini qadınlar təşkil edir.

Sonra Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının Nəzarət Təftiş Qrupunun sədri İlham Musayevin hesabat məruzəsi dinlənilib.

Müzakirələr zamanı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, YAP Zərdab rayon təşkilatı Gənclər Birliyinin sədri Rəmzi Şirinov, rayon təşkilatının şura üzvləri - Maliyyə idarəsi ərazi ilk partiya təşkilatının sədri Etibar Hacıyev, Mədəniyyət şöbəsi ərazi ilk partiya təşkilatının sədr müavini Nailə Əliyeva, Təhsil şöbəsi ərazi ilk partiya təşkilatının sədri Gülağa İsgəndərov çıxış edərək təşkilatın hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında ölkə Prezidenti İlham Əliyevin proqram xarakterli, müasir dövrün, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizin yaratdığı yeni reallıqları özündə əks etdirən nitqi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirib. Qurultayda edilən çıxışlarda belə bir əminlik ifadə edildi ki, partiya yeniləşmiş formatda daha fəal olacaq, qarşıda duran problemləri daha fəal icra edəcəkdir. Qarşıya qoyulan vəzifələrin icrasında bütün partiya üzvlərinin qüvvə və bacarıqlarının səfərbər edilməsinin vacibliyini xüsusi vurğulayan Ə.Tağıyev YAP Zərdab rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Konfransda YAP Zərdab  rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.