YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Millət vəkili şəhid ailələri və qazilərlə görüşüb

Zaqatala və Balakən seçicilərini Milli Məclisdə təmsil edən millət vəkili  Kamilə Əliyeva növbəti dəfə şəhid ailələrini və qaziləri ziyarət edib. 

Görüş zamanı Mİlli Məclisin deputatı  Prezident  İlham Əliyevin və Azərbaycan dövlətinin hər zaman  şəhid ailələrinin  və qazilərin yanında olduğunu, onların qaygılarını diqqətdə saxladığını bildirib. Zaqatala şəhərindən, eləcə də Balakən rayonunun Katex, Mahamalar, Hənifə kəndlərindən olan şəhid ailələri və qazilərlə evlərində görüşən millət vəkili  onların problemləri ilə maraqlanıb.

Mİllət vəkili qazilərin gündəmə gətirdikləri məsələləri aidiyyəti qurumlarla həll etmək üçün nəzarətə götürüb,  bəziləri isə yerindəcə həll edilib.
Sonda şəhid ailələri və qazilər öz növbəsində onlara göstərilən diqqət və  qayğıya görə  dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə  minnətdarlıqlarını bildiriblər.

 

DİGƏR Xəbərlər Arxiv