YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransız iş adamı: Hətta Ermənistanın özündə belə bütün toponimlər türk mənşəlidir

Azərbaycanda fəaliyyət göstərən fransız iş adamı Martin Ryan Fransanın Tuluza şəhərində fəaliyyət göstərən “Jean Mermoz” tədqiqat və təhlil dərnəyinə müsahibəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalından danışıb.

Müsahibədə tarixə nəzər salan M.Ryan Qarabağa ermənilərin köçürülməsindən, Qarabağın, Yerevanın Azərbaycan xanlıqları olmasından bəhs edib. 1921-ci il sənədini paylaşan iş adamı Qarabağın Azərbaycan ərazisi olduğunu göstərib. Bildirib ki, sovetlər birliyi Ermənistan vasitəsilə “parçala və hökm sür” siyasəti həyata keçirib.

Vurğulanıb ki, ermənilər regionda qədim zamanlardan yaşadıqlarını iddia etsələr də, hətta Ermənistanın özündə belə bütün toponimlər türk mənşəlidir. Zəngəzurda da azərbaycanlılar yaşayıblar.

Ötən ilin payızında baş verən 44 günlük müharibədən söz açan M.Ryan müharibənin gedişi, nəticələri haqqında ətraflı məlumat verib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətinə, 30 il davam edən səmərəsiz danışıqlar prosesinə toxunub.

Ulu öndər Heydər Əliyevin güclü dövlət yaratmaq ideyasından, multilateralizmə üstünlük verməsindən danışan fransız iş adamı Ümummilli Liderin, ilk növbədə, ölkənin iqtisadi qüdrətini möhkəmləndirməyə önəm verdiyini diqqətə çatdırıb. Otuz il ərzində iqtisadiyyatını inkişaf etdirən, eləcə də güclü ordu quruculuğuna nail olan Azərbaycanın ötən il yaranmış şəraitdən yararlanaraq torpaqlarını erməni işğalından azad etdiyini bildirib. Qeyd edib ki, Azərbaycan məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına hazırlaşır, azad edilmiş ərazilərdə bu məqsədlə genişmiqyaslı quruculuq işləri başlayıb.

O, nifrət dolu çıxışların əsasən erməni diasporu tərəfindən səsləndirildiyini diqqətə çatdırıb.

Həmçinin qeyd olunub ki, Zəngəzur dəhlizinin açılması regionun, o cümlədən Ermənistanın inkişafına böyük töhfələr verəcək.

 

DİGƏR Xəbərlər Arxiv